Şarj bələdçisi

Elektromobil şarj cihazı: modelinizə uyğun konnektor və güc

Hansı elektromobilə hansı şarj cihazı lazımdır? Azərbaycanda eyni model müxtəlif bazarlardan gətirilir və konnektoru məhz idxal bazarından asılı olur. Modelinizi seçin — konnektoru, gücü və evdə neçə saata dolduğunu göstərək. Bələdçidə 76 marka və 318 model var: elektrik, plug-in hibrid və EREV.

Fotodan tanıma

Avtomobilin şəklini çəkin — modelini və konnektorunu təyin edək

Avtomobili öndən və ya yandan çəkin — süni intellekt modeli tanıyacaq və onun konnektorlarını göstərəcək. Şarj yuvasının şəklini çəksəniz, konnektoru (GB/T, Type 2, CCS2 və s.) birbaşa yuvadan — ən dəqiq şəkildə təyin edəcəyik.

  • Avtomobil kadrda tam görünsün — öndən və ya yandan
  • Ən dəqiq nəticə: şarj qapağı açıq, yuva yaxından
  • İşıqlı yerdə çəkin, iki yuva varsa ikisi də kadrda olsun
Avtomobilin və ya şarj yuvasının şəklini göndərin
Şəkil yalnız tanıma üçündür, bizdə saxlanmır

Şəkil avtomobili və konnektoru tanımaq üçün Google Gemini xidmətinə göndərilir və Charge.az serverində saxlanmır. Yerləşmə (GPS) məlumatı göndərilməzdən əvvəl silinir. Kadra nömrə nişanı və ya insan salmamağınız tövsiyə olunur.

318 model

Avtomobil fotoları Wikimedia Commons-dan, sərbəst lisenziyalarla istifadə olunur — müəllif və lisenziya hər modelin səhifəsində göstərilib. Fotosu olmayan modellər kuzov siluəti ilə göstərilir.

Modelinizi tapmadınız?

Yazın — avtomobilinizə uyğun cihazı birlikdə seçək.

Əlaqə saxlayın

Elektromobil konnektor növləri

Konnektor avtomobilin markasından yox, hansı bazar üçün buraxıldığından asılıdır. Bələdçidəki 318 modelin konnektorları aşağıdakı standartlara bölünür:

GB/T

AC + DC

İki ayrı yuva: kiçik 7 kontaktlı AC və böyük 9 kontaktlı DC. Çin bazarı üçün buraxılan demək olar bütün modellərdə.

Bazar
Çin
Güc
AC 7 kW (üçfazalı 11–21 kW) · DC adətən 60–250 kW
221 model bu konnektorla →

Type 2

AC

7 kontakt, üst kənarı düz kəsilmiş dairə. GB/T AC-yə bənzəyir, amma fiziki olaraq uyğun gəlmir.

Bazar
Avropa
Güc
Təkfazalı 7.4 kW · üçfazalı 11–22 kW
163 model bu konnektorla →

CCS2

DC

Type 2 yuvası + altında iki iri DC kontaktı, bir blokda. Avropa bazarı modellərinin sürətli şarj standartı.

Bazar
Avropa
Güc
DC 50–350 kW
136 model bu konnektorla →

Type 1

AC

5 kontaktlı dairəvi yuva, üstündə mandal. Koreya, Yaponiya və Amerika bazarı modellərində AC standartı.

Bazar
Koreya, Yaponiya, ABŞ
Güc
Təkfazalı, 7.4 kW-a qədər
94 model bu konnektorla →

CCS1

DC

Type 1 yuvası + altında iki iri DC kontaktı, bir blokda. Koreya daxili bazarı üçün buraxılan Hyundai və Kia modellərində.

Bazar
Koreya, ABŞ
Güc
DC 50–350 kW
63 model bu konnektorla →

CHAdeMO

DC

Böyük dairəvi ayrıca yuva, yanında Type 1 AC yuvası. Əsasən Nissan Leaf.

Bazar
Yaponiya
Güc
DC praktikada 50 kW-a qədər
10 model bu konnektorla →

NACS

AC + DC

Kompakt, dar yuva — AC və DC eyni kontaktlardan keçir. ABŞ bazarı Tesla modellərində.

Bazar
ABŞ (Tesla)
Güc
AC 11.5 kW-a qədər · DC 250 kW-a qədər
5 model bu konnektorla →

Avtomobilinizin konnektorunu necə tanıyırsınız

  1. Şarj qapağını açın və yuvaları sayın. İki ayrı yuva — kiçik AC və böyük DC — Çin bazarı (GB/T) deməkdir. AC yuvasının yanında iri dairəvi ikinci yuva varsa, bu CHAdeMO-dur (Yaponiya).
  2. Tək yuvadırsa, altına baxın. Üstdə 7 kontaktlı Type 2, altında iki iri kontakt bir blokdadırsa — CCS2 (Avropa). Üstdə 5 kontaktlı Type 1 olan eyni blok — CCS1 (Koreya daxili bazarı). Kiçik, dar, düymə kimi yuva — NACS (ABŞ bazarı Tesla).
  3. VIN koduna güvənməyin. VIN-in ilk simvolu avtomobilin istehsal olunduğu ölkəni göstərir, satıldığı bazarı yox: Çində yığılmış avtomobil Avropa üçün CCS2 ilə buraxıla bilər. Yuvanın özü həmişə düzgün cavabdır.
Avtomobil ikinci əldən və ya fərqli bazardan gətirilibsə, adapter çox vaxt problemi həll edir — keçid adapterləri və kabellər.

Ev üçün neçə kW: 7, 11 yoxsa 22?

AC şarjda sürəti iki şey məhdudlaşdırır: evin elektrik xətti və avtomobilin daxili şarj qurğusu (on-board charger). Hansı daha zəifdirsə, şarj o sürətlə gedir. 22 kW cihaz 7 kW qəbul edən avtomobilə yenə 7 kW verəcək.

Cihaz gücüEvin xəttiKimə uyğundur60 kWh, 20→100%
7 kW XəttTəkfazalı, 32 A KiməƏksər mənzil və evlər, Çin bazarı modellərinin çoxu Müddət~7.5 saat
11 kW XəttÜçfazalı, 16 A KiməAvropa bazarı modelləri, Tesla Müddət~5 saat
22 kW XəttÜçfazalı, 32 A KiməVilla, ofis, otel; 22 kW qəbul edən avtomobillər Müddət~2.5 saat*

* Yalnız avtomobil AC-də 22 kW qəbul edirsə. Müddətlər ~90% səmərəliliklə təxminidir.

Şarj müddəti kalkulyatoru

Batareya tutumunu və cihazın gücünü seçin — təxmini müddəti və bu enerji ilə gedə biləcəyiniz məsafəni hesablayaq.

Təxmini müddət—
Doldurulan enerji—
Təxmini məsafə—

Hesab ~90% səmərəlilik və 17 kWh/100 km orta sərfiyyatla aparılır.

Tez-tez verilən suallar

İki şeydən asılıdır: avtomobilin konnektorundan və qəbul etdiyi AC gücündən. Çin bazarı üçün buraxılmış avtomobil GB/T, Avropa bazarı üçün buraxılmış avtomobil Type 2, Koreya və ya Yaponiya bazarı üçün buraxılmış avtomobil isə Type 1 konnektorlu cihaz tələb edir. Ev üçün adətən 7 kW AC divar cihazı kifayətdir; evdə üçfazalı xətt varsa və avtomobil 11 kW və daha çox qəbul edirsə, 11–22 kW cihaz seçmək olar.
Hər ikisi AC (yavaş) şarj konnektorudur və görünüşcə bir-birinə bənzəyir, lakin fiziki olaraq uyğun gəlmir. GB/T Çinin milli standartıdır, Type 2 isə Avropanın. Azərbaycanda eyni model hər iki variantda satıldığı üçün cihaz almadan əvvəl avtomobilin yuvasına baxmaq vacibdir. Uyğun gəlməyəndə keçid adapteri ilə istifadə etmək mümkündür.
Ən etibarlı üsul şarj yuvasına baxmaqdır: iki ayrı yuva varsa (kiçik AC və böyük DC) — Çin bazarıdır, GB/T. Tək blokda üstdə Type 2, altında iki iri kontakt varsa — Avropa bazarıdır, CCS2. VIN kodu burada kömək etmir: onun ilk simvolu avtomobilin istehsal olunduğu ölkəni göstərir, satıldığı bazarı yox. Məsələn, Çində yığılmış avtomobil Avropa üçün CCS2 ilə buraxıla bilər.
Təxminən batareya tutumunun şarj gücünə nisbəti qədər: 60 kWh batareya 7 kW cihazla sıfırdan tam ~9–10 saata dolur. Gündəlik həyatda batareya heç vaxt sıfırdan doldurulmur — gündə 50 km yol ~8–9 kWh enerji deməkdir və 7 kW cihazla ~1.5 saata bərpa olunur. Dəqiq hesab üçün bu səhifədəki kalkulyatordan istifadə edin.
Yalnız avtomobilin daxili şarj qurğusu (on-board charger) 22 kW qəbul edirsə. Əksər elektromobillər AC-də 7 və ya 11 kW qəbul edir — bu halda 22 kW cihaz da avtomobilə 7 və ya 11 kW verəcək. Güclü cihaz gələcəkdə başqa avtomobil üçün, ya da bir neçə avtomobilin növbə ilə şarjı üçün mənalıdır.
Texniki olaraq bəli — məsələn, 20–30 kW gücündə DC divar cihazları var. Lakin onlar güclü üçfazalı elektrik təchizatı tələb edir və qiyməti AC cihazdan xeyli yüksəkdir. Evdə gecə boyu şarj üçün AC cihaz kifayətdir; DC cihazlar daha çox ofis, otel, yanacaqdoldurma məntəqəsi və avtoparklar üçündür.
Avropa bazarı üçün buraxılmış Tesla Type 2 (AC) və CCS2 (DC) konnektorları ilə gəlir və standart cihazlarla şarj olunur. ABŞ bazarı üçün buraxılmış Tesla NACS konnektorludur — onu NACS məntəqələrində və ya keçid adapteri ilə şarj etmək mümkündür.
Elektrik lövhəsindən ayrıca kabel xətti, avtomatik açar, sızma cərəyanı qoruyucusu (RCD) və torpaqlama. 7 kW cihaz üçün təkfazalı 32 A xətt, 11 kW üçün üçfazalı 16 A, 22 kW üçün üçfazalı 32 A xətt lazımdır. Charge.az cihazın seçimi ilə yanaşı quraşdırılmasını da həyata keçirir.

Cihaz seçimində kömək lazımdır?

Avtomobilinizin modelini və evin elektrik xəttini deyin — uyğun cihazı və quraşdırmanı təklif edək.

Məsləhət alın