top of page

Charge.az şirkəti olaraq Azərbaycanda elektrik avtomobillərin həm fərdi (eviniz, bağınız üçün) enerji doldurucularının satışını və quraşdırılmasını, həm də ictimaiyyətə açıq Şarj məntəqələrinin quraşdırılmasını və mobil tətbiq üzərindən idarə olunmasını təklif edirik. Təqdim etdiyimiz enerji doldurucuları TÜVRheinland, CE standardlarına cavab verir və ən yüksən keyfiyyətdədirlər. 2 il tərəfimizdən qarantiya verilir.

 

Şarj məntəqələrimiz Azərbaycandakı ictimaiyyətə açıq ən sürətli doldurucular olmaqla avtomobilinizi (20%-dən 80%-ə təxminən 45 dəq ərzində doldurur- təqribi 300km) mobil tətbiq üzərindən öncədən rezervasiya olunmaqla və ya birbaşa avadanlığa yaxınlaşmaqla istifadə oluna bilər. Avadanlıqlarımız CCS2 (Avropa başlığı) GB/T (Çin başlığı) və Chademo başlıqları ilə təchiz olunub.

 

Visa və MasterCard istifadə edərək ödəniş edirsiniz və avtomobiliniz ilə doldurucu arasındakı enerji mübadiləsini canlı olaraq izləmə imkanınız var.

 

Qaynar xəttimiz suallarınıza cavab verməyə və köməklik göstərməyə həmişə hazırdır.

bottom of page